18 min dollar alıb mənzili satdı, ancaq... 18 min dollar alıb mənzili satdı, ancaq...

Rus icmasının üzvü MSK əməkdaşını necə aldatdı? - Cinayət işi

18 min dollar alıb mənzili satdı, ancaq...

Binəqədi Rayon Məhkəməsində dələduzluğa məruz qalan məntəqə seçki komissiyasının məhkəmə prosesi başlayıb.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Klimov Aleksandr Gennadyeviçin məhkəmə prosesinə hakim Vuqar Məmmədov sədrlik edir. Cinayət işində zərərçəkmiş qismində Mirzəyev Saleh Məmməd oğlu tanınıb.

İttiham aktına görə, təqsirləndirilən Klimov Aleksandr Gennadyeviç anasının vəfatından sonra Binəqədi rayonunda yerləşən mənzilə vərəsəlik əsasında sahib olub. Bundan sonra eyni binada yaşayan Mirzəyev Saleh Məmməd oğlu mənzilin boş qalmasından istifadə edərək Aleksandr Klimovdan həmin mənzili kirayə götürüb. Bir müddət sonra isə ailə vəziyyəti ilə əlaqədar S.Mirzəyev qızını həmin mənzilə köçürüb. Daha doğrusu, Aleksandr Klimovla razılaşaraq 18 min ABŞ dolları müqabilində həmin mənzili alıb. Ancaq rus icmasının üzvü alqı-satqı etməkdən imtina edib. Bundan sonra S.Mirzəyev Binəqədi RPİ-nin İstintaq Şöbəsinə müraciət edib və Aleksandr Klimova qarşı cinayət məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Saleh Mirzəyev Binəqədi rayonunda yerləşən 244 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi, həmçinin 2009-cu ildən 8 saylı Binəqədi 1-ci Seçki Dairəsinin 10 saylı Məntəqə seçki komissiyasının sədri vəzifəsini icra edir.

Azər
AzNews.az