Sexin işçisi mübahisə zəminində müdiri bıçaqlayıb, səbəb isə... Sexin işçisi mübahisə zəminində müdiri bıçaqlayıb, səbəb isə...

Çörək sexinin müdiri niyə qətlə yetirildi? - Məhkəmə işi

Sexin işçisi mübahisə zəminində müdiri bıçaqlayıb, səbəb isə...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

AzNews.az-ın məlumatına görə, müdirini öldürən İ.Cəfərovun məhkəmə prosesinə hakim Eldar İsmayılov sədrlik edir.

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhəri, NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İ.Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Səbəb isə müdirin işçini təhqir etməsi olub.

Qanlı hadisə nəticəsində E.Qasımov ölüb.

Hadisədən sonra İ.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Azər
AzNews.az