Evə sərxoş gəlib, mübahisə düşüb və... Evə sərxoş gəlib, mübahisə düşüb və...

Həyat yoldaşını bıçaqladı...

Evə sərxoş gəlib, mübahisə düşüb və...

Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma faktı baş verib.

AzNews.az-ın məlumatına görə, Kəmalə Nadirova 4-cü Polis Bölməsinə müraciət edərək əri tərəfindən bıçaqlandığını bildirib. Belə ki, evə sərxoş gələn Namiq Tacir oğlu Şıxıyev arvadı ilə mübahisə edib, nəticədə mətbəxt bıçağı ilə onun bədən nahiyəsinə müxtəlif xəsarətlər yetirib.

Faktla bağlı 4-cü Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb, N. Şıxıyevin izahatı alınıb.