1500 manatlıq qol saatını və 500 manatlıq planşeti oğurladı... 1500 manatlıq qol saatını və 500 manatlıq planşeti oğurladı...

Türkiyə vətəndaşı tanış olduğu qız tərəfindən soyuldu - Bakıda

1500 manatlıq qol saatını və 500 manatlıq planşeti oğurladı...

Xətai rayonunda kirayədə qalan Türkiyə Respublikasının vətəndaşı oğurluq əməli ilə üzləşib.

AzNews.az-ın məlumatına görə, N.Əliyev küçəsində yaşayan Mehmet Akdemirçinin mənzilindən 1500 manatlıq qol saatı və 500 manatlıq planşet oğurlanıb. Cinayətdən xəbər tutan türk dərhal ərazi üzrə hüquq-mühafizə orqanına məlumat verib.

Zərərçəkənin sözlərinə görə, evinə tanış olduğu qızla gəlib və onunla əyləndikdən sonra yatıb. Yuxudan oyananda isə qol saatı və planşetinin oğurlandığını görüb.

Daxil olmuş cinayət faktı ilə bağlı Xətai RPİ-də oğurluq maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən qızın axtarışlarına başlanılıb.

Azər
AzNews.az