İlk olaraq, bundan mağaza sahibinin özü xəbər tutub İlk olaraq, bundan mağaza sahibinin özü xəbər tutub

Ödəmə aparatı sındırıldı, xeyli pul oğurlandı

İlk olaraq, bundan mağaza sahibinin özü xəbər tutub

Yasamal rayonunda yerləşən mağazada oğurluq cinayət qeydə alınıb.

AzNews.az-ın məlumatına görə, Azad Ağayevə məxsus mağazada yerləşən MilliÖn ödəmə aparatının qapısı sındırılaraq içərisində olan 700 manat pul oğurlanıb. Baş vermiş cinayət barədə ilk olaraq elə mağaza sahibinin özü xəbər tutub və dərhal polisə məlumat verib.

Hazırda polis əməkdaşları cinayəti törədən şəxsin axtarışlarına başlayıb, müşahidə kameralarına baxış keçirilib, şahidlər dindirilib.

Faktla əlaqədar Yasamal RPİ-də cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Azər
AzNews.az