Faktla bağlı araşdırma aparılır. Faktla bağlı araşdırma aparılır.

Gömrükçülərin gözündən yayınmadı: Radiatorun içindən ov silahı çıxdı - FOTO

Faktla bağlı araşdırma aparılır.

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E270 CDI" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, nəqliyyat vasitəsində olan yüklərə baxış zamanı 2 ədəd elektrikli qızdırıcı radiatorun birinin içərisindən "Baikal ИЖ 43M" markalı ov silahının lüləsi və 32 ədəd boş dəmir gilizlər, digər radiatorun içərisindən isə həmin ov silahının qundaq hissəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Nigar CƏFƏR

AzNews.az

image description