Pul alıb, ancaq vədinə əməl etməyib... Pul alıb, ancaq vədinə əməl etməyib...

Yol polisindən pul alan “MTN”çinin cəzası azaldılmadı

Pul alıb, ancaq vədinə əməl etməyib...

Bir neçə vətəndaşı işə düzəltmək adı ilə dələduzluq etməkdə və narkotik vasitə saxlamaqda ittiham edilən Yusif Bayramovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

AzNews.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hakimlər kollegiyasının qərarına əsasən, Y.Bayramovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Y.Bayramov Sevdimalı Novruzova onun oğlunu işə düzəldəcəyi vədi verib və ondan dələduzluq yolu ilə pul alıb. Lakin Y.Bayramov vədinə əməl etməyib.

Zərərçəkmiş S.Novruzov ifadəsində deyib ki, Y.Bayramov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) işçisi kimi təqdim edib.

O, Sevdimalı Novruzova onun oğlunu işə düzəldəcəyi vədi verib və ondan dələduzluq yolu ilə pul alıb. Lakin Y.Bayramov vədinə əməl etməyib.

Zərərçəkmiş S.Novruzov ifadəsində deyib ki, Y.Bayramov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) işçisi kimi təqdim edib.

Bundan başqa, Y.Bayramov Şəki rayonuna gedərkən onu yol polisi saxlayıb. Maşının üzərində həbs olduğu üçün polis əməkdaşı avtomobilin cərimə meydançasına aparılmasını tələb edib. Tərəflər arasındakı danışıqdan sonra maşın cərimə meydançasına aparılmayıb. Y.Bayramov və polisi əməkdaşı Şəkidə otellərdən birinin həyətində görüşməyi planlaşdırıblar.

Y.Bayramov bildirib ki, polis əməkdaşına 30 manat rüşvət verərkən telefon vasitəsi ilə çəkib. Y.Bayramov həmin görüntülərlə polisi şantaj edərək bu dəfə özü ondan pul tələb edib. Polis əməkdaşı da bununla razılaşıb. Növbəti görüşdə Y.Bayramov polisdən pul alarkən özü həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Y.Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 234-cü (narkotik vasitə əldə etmə) maddələri ilə ittiham olunur.

Azər
AzNews.az