Hadisə Cənubi Afrikada baş verib. Hadisə Cənubi Afrikada baş verib.

“İnsan əti yeməkdən bezdim” deyib polisə təslim oldu

Hadisə Cənubi Afrikada baş verib.

Cənubi Afrikada içində 24 yaşlı bir qadına aid bir ayaq və əl yerləşən torbayla polisə gedib "insan əti yeməkdən bezdim" deyən bir cadugər ömürlük həbs cəzasına məhkum edilib.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, o, 24 yaşlı qızı öldürərək ətini yeyib.

“Uğur gətirməsi üçün” sehrbazın sözlərinə inanıb qadının ətini yeyən daha bir şəxs də yaxalanıb.

Onların ikisinə də ömürlük həbs cəzası verilib.

Cənubi Afrika mediasında yer alan xəbərlərə görə, Kwazulu-Natal əyalətində məhkəmə dünən qərar çıxarıb.

Hakim 24 yaşlı bir qadının ətlərini yemək üçün öldürməkdə günahlandırılan 33 yaşlı cadugər Nino Mbathanın və 32 yaşlı Lungisani Magubanenin ən iyrənc cinayət törətdiklərini deyib.

Məhkəmə qeydlərinə görə, Estcourt qəsəbəsindəki qətl Mbathanın polisə təslim olmasından sonra ortaya çıxıb.

Polis daha sonra Mbathanın göstərdiyi evdə Zanele Hlatshwayo adlı qadının cəsədinin parçalarını tapıb. Qadına əvvəl təcavüz edildiyi, sonra başının kəsildiyi və daxili orqanlarının çıxarıldığı qeyd olunub.

Nigar CƏFƏR

AzNews.az

image description image description image description image description image description