Hadisə Türkiyənin Qaziantep şəhərində baş verib. Hadisə Türkiyənin Qaziantep şəhərində baş verib.

Həyat yoldaşını gətirməyə getdi - qayınatası tərəfindən öldürüldü

Hadisə Türkiyənin Qaziantep şəhərində baş verib.

Türkiyənin Qaziantep şəhərində yaşayan Eray Altunbaş qayınatası tərəfindən odlu silahla öldürülüb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Eray Altunbaşın həyat yoldaşı onunla mübahisə etdiyi üçün uşaqları ilə birgə atasının evinə gedib.

Uşaqları və həyat yoldaşını evinə qaytarmaq üçün qayınatasıgilə gedən Eray Altınbaş qayınatası ilə mübahisə edib. Nəticədə o, odlu silahla öldürülüb.

Qeyd edək ki, Eray Altınbaşın iki övladı var.

Nigar CƏFƏR

AzNews.az