Etibarlarından sui istifadə edib, müxtəlif məbləğlərdə pul alıb... Etibarlarından sui istifadə edib, müxtəlif məbləğlərdə pul alıb...

Vəkil 15 nəfərə qarşı dələduzluq etdi - Məhkəmə başlayır

Etibarlarından sui istifadə edib, müxtəlif məbləğlərdə pul alıb...

Quba Rayon Məhkəməsində vəkil kimi fəlaiyyət göstərən Adilov Eldəniz Hafiz oğlunun dələduzluq maddəsi ilə məhkəmə prosesi başlayır.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Eldəniz Adilovun məhkəmə prosesinin hazırlıq iclası dekabr ayının 19-da hakim Xəqani Tağıyevin sədrliyi ilə keçiriləcək. Cinayət işində 15 nəfər şəxs zərərçəkmiş qismində tanınıb.

İttiham aktına görə, 43 yaşlı Eldəniz Adilov müxtəlif şəxslərə hüquqi yardım göstərərək vəkillik edib. Belə ki, E.Adilov xidmət göstərdiyi şəxslərə məhkəmədə yaxşı əlaqələrinin olduğunu deyərək etibarlarından sui istifadə edib və onlardan müxtəlif məbləğlərdə pul alıb. Ancaq müştərilərinin heç bir işini görməyərək onlara qarşı dələduzluq edib.

Qeyd edək ki, Eldəniz Adilov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Müxtəlif vaxtlarda Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətində Ali Məhkəmənin Vəkillər otağının katibi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz gömrükxanası Samur gömrük postunda inspektor, "Azərmənzilsənayetikintitəmir" Birliyinin Hüquq şöbəsində hüquq məsləhətçisi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dəvlət Müfəttişliyinin Nəzarət şöbəsində müfəttiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin hüquqşünas kimi çalışıb. Son 3 ildə isə məhkəmə proseslərində vəkil kimi fəaliyyət göstərib.

AzNews.az