Polis əməkdaşları tərəfindən xeyli sayda güclü təsiredici həblər götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Polis əməkdaşları tərəfindən xeyli sayda güclü təsiredici həblər götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı - DİN

Polis əməkdaşları tərəfindən xeyli sayda güclü təsiredici həblər götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yasamal Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Eyyub Novruzov güclü təsiredici xüsusiyyətə malik 100 ədəd “Metadon” həbini satarkən cinayət başında yaxalanıb.

Davam etdirilən tədbirlərlə həmin həbləri ona satmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Anar Niftiyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Ondan isə 80 ədəd “Metadon” həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.