421 000 Rusiya rublu və 3 800 ABŞ dolları da aşkarlanıb. 421 000 Rusiya rublu və 3 800 ABŞ dolları da aşkarlanıb.

Gömrükçülər 185 qram kalium permanqanat aşkar edib

421 000 Rusiya rublu və 3 800 ABŞ dolları da aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Pajero" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Bu barədə AzNews.az-a DGK-dan məlumat verilib.

Baxış zamanı, nəqliyyat vasitəsinin ön panelinin altındakı bir ədəd bağlamada, ümumi çəkisi 185 qram olan kalium permanqanat, vətəndaşın üzərində aparılan şəxsi yoxlama zamanı isə əynindəki şalvarın arxa sağ cibindən və gödəkçənin iç tərəfindəki sol üst cibindən, gömrük orqanına bəyan edilməyən, cəmi 421 000 Rusiya rublu və 3 800ABŞ dolları aşkarlanıb.

Xatırladaq ki, kalium permanqanat "Azərbaycan ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir.

Faktla bağla araşdırma aparılır.

AzNews.az