Səbəb, kişinin içkili vəziyyətdə evə gələrək mübahisə törətməsi olub Səbəb, kişinin içkili vəziyyətdə evə gələrək mübahisə törətməsi olub

Arvadını bıçaqladı - Biləcəridə qanlı hadisə

Səbəb, kişinin içkili vəziyyətdə evə gələrək mübahisə törətməsi olub

Binəqədi rayonu, Biləcəri qəsəbəsində ailə münaqişəsi zəminində qanlı hadisə baş verib.

AzNews.az-ın məlumatına görə, Rəna Aslanovanı qeyri-rəsmi yaşadığı əri Zaur Aslanov bıçaqla vurub. Qadın dərhal qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin baş verməsinə səbəb kişinin içkili vəziyyətdə evə gələrək mübahisə törətməsi olub. Qanlı hadisədən sonra isə Z.Aslanov Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gələrək könüllü təslim olub.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Azər
AzNews.az