Meşəbəyi kənd sakinlərinin hücumuna məruz qalıb Meşəbəyi kənd sakinlərinin hücumuna məruz qalıb

Döyülən meşəbəyidən xəbər var: "Meşədə ağac kəsirmişlər..."

Meşəbəyi kənd sakinlərinin hücumuna məruz qalıb

Cəlilabad rayonunda döyülmə hadisəsinin bəzi təfərrüatı məlum olub.

Rayonun Ağdaş kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, bir neçə şəxs tərəfindən küt alətlə döyülən Əbilov Əlirza Musaxan oğlu meşəbəyidir:

“Əlirza meşəbəyidir. Kənd sakinləri icazəsiz meşəyə girib. Deyilənə görə, onlar meşədə ağac kəsirlərmiş. Meşəbəyi də onların bu hərəkətinə qarşı çıxıb. Nəticədə kənd sakinlərinin hücumuna məruz qalıb. Hazırda vəziyyəti yaxşıdır. Amma məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

Qeyd edək ki, Cəlilabad rayonunun Oğrubulaq kənd sakini Əbilov Əlirza Musaxan oğlunun naməlum şəxslər tərəfindən küt alətlə döyülməsi xəbəri yayılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az