Təqsirləndirilən şəxsin qardaşı şahid qismində ifadə verib Təqsirləndirilən şəxsin qardaşı şahid qismində ifadə verib

400 min manatlıq dələduzluq edən şəxsin əmlakına həbs qoyuldu - Məhkəmə qərarı

Təqsirləndirilən şəxsin qardaşı şahid qismində ifadə verib

Dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin qardaşı Məqsəd Babayev şahid qismində ifadə verib.

O, zərərçəkmiş şəxslərə vurulan ziyandan bir hissəsinin ödənildiyini bildirib. M.Babayev qardaşının əməllərindən xəbərsiz olduğunu və pulun iş qurmaq adı ilə alındığını deyib.

Daha sonra zərərçəkmiş Valeh Əliyevin nümayəndəsi vəsatət qaldırıb. O, təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoyulmasını və əmlakların dəyən zərərin ödənilməsi üçün müsadirə edilməsini istəyib.

Vəsatəti təmin edilib.

Proses dekabrın 18-də davam edəcək.

Qeyd edək ki, B.Babayev Bakı şəhər sakinləri - Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların ümumilikdə 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. O, həmin şəxslərə iş qurmaq adı ilə vədlər verib. Lakin sonda B.Babayev vədinə əməl etməyib.

B.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Azər
AzNews.az