Cinayətə, köhnə ədavət səbəb olub Cinayətə, köhnə ədavət səbəb olub

Xəzər rayonunda ağır cinayət - 18 yaşlı gənc 43 yaşlı kişini bıçaqladı

Cinayətə, köhnə ədavət səbəb olub

Xəzər rayonu, Buzovna qəsəbəsində ağır cinayət hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, hadisə 26 saylı orta məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Cabbarov Tərlan Şükür oğlu 2000-ci il təvəllüdlü Məmmədli Qafar Ramin oğlu tərəfindən bıçaqlanıb. Cinayətin baş verməsinə tərəflər arasında köhnə ədavətin olması səbəb olub.

Hadisəni törədən Xəzər RPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Azər
AzNews.az