Ayağından bıçaqlanan dönərçi 1 gün sonra həyatını itirdi Ayağından bıçaqlanan dönərçi 1 gün sonra həyatını itirdi

Bakıda müştəri dönərçini öldürdü!

Ayağından bıçaqlanan dönərçi 1 gün sonra həyatını itirdi

Hadisə Nizami rayonu, T.Abbasov küçəsi 20-də yerləşən “Sevinc” dönər kafesində qeydə alınıb.

AzNews.az-ın məlumatına görə, kafeyə dönər yeməyə gələn 26 yaşlı İlham Soltanəliyevlə dönərçi 28 yaşlı Səbuhi Səfərov arasında mübahisə düşüb. Nəticədə müştəri İ.Soltanəliyev bıçaqla S.Səfərovun ayaq nahiyəsindən bir neçə xəsarət yetirib. Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılsa da bir gün sonra orada dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb və İ. Soltanəliyev şübhəli şəxs qismində həbs edilib.

Azər
AzNews.az