"Opel Vectra" markalı avtomobilə gömrük baxışı keçirilib. "Opel Vectra" markalı avtomobilə gömrük baxışı keçirilib.

Avtomobilin benzin çəninin içərisindən pirotexniki vasitələr çıxdı

"Opel Vectra" markalı avtomobilə gömrük baxışı keçirilib.

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun idxal gömrük nəzarəti xəttində Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin benzin çəninin içərisində gizlədilən, üzərində "Mega Black Devil" yazıları olan 560 ədəd və üzərində "Piccolo Corsar" yazıları olan 840 ədəd pirotexniki vasitələr aşkarlanıb.

Nigar CƏFƏR

AzNews.az