Hazırlıq iclası dekabrın 25-ə təyin edilib Hazırlıq iclası dekabrın 25-ə təyin edilib

Mübariz İbrahimovun ruhunu təhqir edən şəxs hakim qarşısına çıxarılır

Hazırlıq iclası dekabrın 25-ə təyin edilib

Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməsi ilə gündəmə gələn, özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadə barəsində şikayət icraata verilib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, Nərmin Şahmarzadə Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir etmə) maddəsi ilə mühakimə olunacaq.

Artıq iddia ərizəsi Xətai rayon Məhkəməsinin icraatına götürülüb. İşə məhkəmənin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası dekabrın 25-ə təyin edilib.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ruhunu təhqir edən psixoloq Nərmin Şahmarzadə bir neçə şəxs tərəfindən məhkəməyə verilib.

Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya,3 qat avropa çempionu,Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev və vəkil Ramil Rüstəmov də həmin şikayət edənlər arasındadır. Qeyd edək ki, xüsusi ittiham qaydasında şikayət bu gün Xətai Rayon Məhkəməsinə verilib.

Azər
AzNews.az