O, gecə saat 4-də evə qayıdanda hücuma məruz qalıb. O, gecə saat 4-də evə qayıdanda hücuma məruz qalıb.

Qaradərili gəncin 4 dişini kəlbətinlə çıxartdılar - Kiprdə

O, gecə saat 4-də evə qayıdanda hücuma məruz qalıb.

Kiprdə afrikalı bir gənc 5 nəfərin hücumuna məruz qalıb və 4 dişi kəlbətinlə çəkilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kipr mediası hadisəni “Kəlbətinlə 4 dişini çəkdilər. Polis şöbəsinin yaxınlığında inanılmaz irqçi hadisə baş verib” başlığı ilə verib.

Xəbərə görə, Kiprdə yaşayan afrikalı gənc hava limanına gedərək öz tanışını yola salıb. Gecə saat 4-də evə qayıdanda isə hücuma məruz qalıb.

"Fileleftheros" qəzeti baş verənləri irqçilik olaraq dəyərləndirib və “Afrikalı gəncin qışqırıqları bölgədə olan heç kəsi narahat etməyib. Polisə də xəbər verilməyib” deyərək hadisəni qınayıb.

Pərvanə Ağazadə

AzNews.az