Ufuk Ç. baldızını iplə boğaraq öldürdüyünü, cəsədini isə bir mağaraya basdırdığını etiraf edib. Ufuk Ç. baldızını iplə boğaraq öldürdüyünü, cəsədini isə bir mağaraya basdırdığını etiraf edib.

"Kürəkənin öldürüb" deyəndə şok oldum - 12 il itkin düşən qızın anası

Ufuk Ç. baldızını iplə boğaraq öldürdüyünü, cəsədini isə bir mağaraya basdırdığını etiraf edib.

Baldızını öldürüb basdıran kürəkənə ağırlaşdırılmış ömürlük cəzası istənilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Kayseri şəhərində 16 yaşında olarkən itən və 12 il sonra öldürüldüyü bilinən Filiz Karadavutun qatili olduğu iddiası ilə kürəkəni saxlanılıb.

17 sentyabr 2006-cı ildə evdən çıxan və həmin tarixdə 16 yaşında olan Filiz Karadavutdan bir daha xəbər gəlməyib. Ailənin müraciətindən sonra axtarışlar aparılsa da, hər hansı iz tapılmayıb. Həmin işə 12 il sonra yenidən baxılıb. Polislər onun axırıncı dəfə bacısının evinə getdiyini öyrəniblər. Polislər Ufuk Ç-ni izləməyə başlayıblar. Təxminən 6 aylıq izləyişin sonunda 26 iyunda onu tutublar. Ufuk Ç. istintaq zamanı baldızını iplə boğaraq öldürdüyünü, cəsədini isə Yunus məhəlləsində olan bir mağaraya basdırdığını etiraf edib.

Etirafdan sonra polis bölgədəki yüzlərlə mağarada axtarış həyata keçirib. Ancaq cəsəd tapılmayıb. Uğur Ç. isə həbsxanaya göndərilib.

Qızının itdiyi gündən bəri gözünün yaşı qurumayan ana keçən 12 ildə görmə qabiliyyətini 97% itirib. Ana “Kumru” adlandırdığı qızının cəsədinin tapılmasını və bir məzarının olmasını istəyir:

“12 ildir itib, deyə axtardım, amma tapa bilmədim. Üzüntüdən qulaqlarım eşitmir, gözüm görmür. Kürəkənimin qızımı apardığını bilmirdim. Düşmən içəridəymiş, amma xəbərim yoxmuş. 12 il mənlə çayı, çörəyi paylaşıb. Bərabər yedik, içdik, danışdıq, dərdləndik, amma bilmədim. Gecə mənə zəng vurub, Filizin yaşadığına inandırdılar. Uşağımın yaşadığını, uşaqları olduğunı düşündüm. 12 il hər yeri axtardım, amma tapa bilmədim. Mən bir anayam. Bir ananın uşağı 12 il itkin olsa, o ana nə hala gələr? Səsimi eşidənlərin vicdanlarına buraxıram. Prezidentimizə, onun həyat yoldaşına, prokurora, hakimə səslənirəm. Qızımın cəsədi hələ də tapılmayıb. Onun cəsədinin tapılmağını və məzarının olmağını istəyirəm. Bu qəddarlığı edənin də ən ağır şəkildə cəzalandırılmağını istəyirəm. Gecə yuxularımda qızımı görürəm. Yuxumda “Ana hardasan? Mən burdayam” deyir. Kürəkən qardaş, baldız bacı deməkdir. Bunu etmək hansı tarixdə yazılıb? Baldızını iplə, digər qızımı da 4 uşaqla diri-diri məzara qoydu. Onları da pərişan etdin. Həyatımdan, gözlərimdən etdin. Qatil. Heç nə olmamış kimi gəlib evimdə oturdun. Ədliyyədə "kürəkənin öldürüb" deyəndə şok oldum”.

Qızının qaçırıldığını düşünən ana “Filiz əgər özü getsəydi, iş paltarı və köynəyi belində olmazdı. İstəyərək getsəydi, çantasını hazırlayıb elə gedərdi. Qızımın xəyalı polis olmaq idi. Bütün milləti və ölkəni qorumaq istəyirdi. “Polis olmasam, müəllim olaram” deyirdi. Qızımın xəyalları ilə oynadın, qatil. Gül üzlü nəvələrim yanıma gəlir. Onları “Gül üzlülərim” deyərək gözlərinə baxıb sevə bilmirəm”, - deyib.

Pərvanə Ağazadə

AzNews.az

image description