İş Ağır Cinayətlər Məhkəməsinə göndərilib İş Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Evə damdan girib, qayınanasını öldürdü, arvadını isə ağır yaraladı... - Məhkəmə işi

İş Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Bakıda qayınanasını qətlə yetirib, həyat yoldaşını isə ağır yaralamaqda təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzNews.az-ın məlumatına görə, C. İsgəndərov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, hadisə bu il avqustun 30-da paytaxtın Nərimanov rayonu Əliyar Əliyev küçəsi, 24 ünvanında qeydə alınıb.

Həmin mənzildə yaşayan 51 yaşlı Fəhminə İsgəndərova qızı Leyla İsgəndərovanı həyat yoldaşı ilə mübahisə etdiyi üçün ata evinə çağırıb.

Lakin L.İsgəndərovanın bu hadisədən hiddətlənən həyat yoldaşı C.İsgəndərov qayınanasının evinə gəlib.

C.İsgəndərov içəri evin damından daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Bununla sakitləşməyən kişi onları ayırmağa gələn qayınanası F.İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub.

C.İsgəndərov törətdiyi cinayət əməlindən sonra hadisə yerindən uzaqlaşıb. Onun qayınanası hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Azər
AzNews.az