"Qara Qarayev" metrosunun yaxınlığında müştəri gözləyərkən... "Qara Qarayev" metrosunun yaxınlığında müştəri gözləyərkən...

​Taksi sürücüləri arasındakı mübahisə ölümlə nəticələnib - Məhkəmə işi

"Qara Qarayev" metrosunun yaxınlığında müştəri gözləyərkən...

Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham edilən, taksi sürücüsü Mehralı Babaşovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AzNews.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü hökmü ilə M.Babaşovun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib. Hökmə əsasən, o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

İttiham aktına əsasən, M.Babaşov taksi fəaliyyəti ilə məşğul olub. Nizami rayonu ərazisində, "Qara Qarayev" metrosunun yaxınlığında maşınını saxlayaraq müştəri gözləyib. Bu zaman digər taksi sürücüsü Murad Qasımov da həmin əraziyə gələrək maşınını saxlayıb və müştəri çağırmağa başlayıb. Bu zaman tərəflər arasında növbəyə görə mübahisə yaranıb.

Mübahisə zamanı M.Qasımov M.Babaşovu təhqir edib. M.Babaşov isə yumruqla M.Qasımovun sifət nahiyəsinə zərbə endirib. Yerə yıxılan M.Qasımovun başı asfalta dəyib və ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

M.Babaşova qarşı CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb.

Azər
AzNews.az