Özü, qızı və daha bir sərnişin isə xəstəxanaya düşdü Özü, qızı və daha bir sərnişin isə xəstəxanaya düşdü

Qəza törətdi, həyat yoldaşını itirdi...

Özü, qızı və daha bir sərnişin isə xəstəxanaya düşdü

Şamaxıda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dekabrın 18-də saat 21:00 radələrində Şamaxı rayonunun Padarçöl kəndi ərazisində şəhər sakini Durasan Əsgərovun idarə etdiyi və Pirbəhli kənd sakini Ulduzxan Səmədovun idarə etdikləri “VAZ-2121” markalı 2 avtomobil toqquşub.

Nəticədə U.Səmədovun sərnişinlərindən, arvadı Solmaz hadisə yerində ölüb, özü və digər sərnişini - qızı Mixək, habelə D.Əsgərov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Şamaxı rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az