Ramanada borc üstündə qan töküldü Ramanada borc üstündə qan töküldü

Köhnə tanışların borc mübahisəsi qanla bitdi...

Ramanada borc üstündə qan töküldü

Sabunçu rayonu, Ramana qəsəbəsində köhnə tanışlar borc üstündə mübahisə ediblər.

AzNews.az-ın məlumatına görə, 1968-ci il təvəllüdlü İlqar Qasımov tanışı Samir Şabaniyə bıçaqla xəsarət yetirib. Hadisə zamanı yaralanan şəxs 3 saylı şəhər xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.

Hadisəni törədən isə, 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan ilkin izahatı zamanı bildirib ki, S.Şabani ilə aralarında borc məsələsi olub. Daha doğrusu, Şabaniyə olan borcunu vaxtında qaytara bilməyib. Nəticədə Samir onu təhqir edib. Bu zaman isə qarşı tərəfin təhqirlərinə dözə bilməyən İlqar bıçağa əl atıb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Azər
AzNews.az