Boru oğrusunun “göz yaşardan” etirafı - VİDEO

"Tutduğum idşən peşmanam".

Tərtər Regional Qaz İstismar İdarəsi Tərtər Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək Evoğlu kənd ərazisində yerləşən qaz borularının oğurlandığı barədə məlumat verilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şüphəli bilinən kənd sakini Hüseyn İsmayılov saxlanılıb.

Onun Tərtər Rayon Qaz İstismar İdarəsinin balansında olan ümumi uzunluğu 60 metrə yaxın qaz borularını oğurladığı müəyyən edilib. H. İsmayılovun həyatyanı sahəsinə baxış keçirilən zaman torpağa basdırdığı qaz boruları tapılaraq maddi sübut kimi götürülüb.

Hüseyn İsmayılov – saxlanılan şəxs: “Axşam gəlirdim, gördüm orada kəsilmiş boru var. Kimsə kəsmişdi, geri qayıdıb ardını da mən kəsib götürdüm. Tutduğum idşən peşmanam. Bir daha belə hadisə olmaz”.

Faktla bağlı araşdırma aparılır. (ARB TV)

AzNews.az