İlk iddia şirkətdə hissə sahibi tərəfindən Kaliforniyada qaldırılıb. İlk iddia şirkətdə hissə sahibi tərəfindən Kaliforniyada qaldırılıb.

Google-un təsisçilərinə böyük şok - Təcavüzdən mühakimə olunacaqlar

İlk iddia şirkətdə hissə sahibi tərəfindən Kaliforniyada qaldırılıb.

Google-un təsisçiləri Larry Page və Sergey Brin haqqında şirkət daxilində cinsi təcavüzün üstünü örtdüklərinə görə iddia qaldırılıb.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, Google və Android markalarının əsas şirkəti Alphabetin idarə heyəti haqqında şirkət içindəki cinsi təcavüzü gizlətmələri haqqında iddia qaldırılıb.

Haqqında iddia qaldırılan şəxslər arasında Google-un təsisçiləri Larry Page və Sergey Brin də var.

Alphabet haqqındaki ilk iddia şirkətdə hissə sahibi tərəfindən Kaliforniyada qaldırılıb.

O, "Alphabetin idarə heyətinin yüksək səlahiyyətli şəxslərin etdiyi bu təcavüzlərdən xəbəri var idi. Onlar haqqında tədbir görmək əvəzinə yüksək məbləğdə təzminatlarla həmin işçilərin işdən çıxmaqlarına icazə verirdi" deyib.

"New York Times" qəzetinin oktyabr ayında dərc etdiyi bir məqalədə Android əməliyyatının ixtiraçısı Andy Rubinin bir qadını oral seks üçün məcbur etdiyi iddiası yer almışdı.

Nigar Cəfər

AzNews.az