İş yoldaşına həyatdan bezdiyini deyib... İş yoldaşına həyatdan bezdiyini deyib...

Bakıda özünü öldürən polisin intihar səbəbi bilindi

İş yoldaşına həyatdan bezdiyini deyib...

Ötən gün Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı intihar edib.

AzNews.az-ın məlumatına görə, saat 16.00 radələrində banklardan birinə məxsus ofisdə 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqov tabel silahı ilə başına güllə ilə vurub. Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub. Qeyd edək ki, polisin intihar etməsi ofisdə olan müşahidə kamerasına da düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin operativ-istintaq hərəkətləri həyata keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Sonra isə dəfn olunmaq üçün İsmayıllı rayonuna göndərilib.

Faktla bağlı cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Məlumat üçün bildirək ki, İlkin Tapdıqov Səbail rayon Mühafizə İdarəsinin əməkdaşı olub. Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib.

Qeyd edək ki, İlkin Tapdıqov ailəli olub, 2 azyaşlı övladı var.

Azər
AzNews.az