"Bu, Avropa Birliyinə daxil olmaq üçün əhəmiyyətli irəliləyişin başlanğıcıdır”. "Bu, Avropa Birliyinə daxil olmaq üçün əhəmiyyətli irəliləyişin başlanğıcıdır”.

“Albaniyanın Eskobarı” yaxalandı – 2 illik axtarışdan sonra

"Bu, Avropa Birliyinə daxil olmaq üçün əhəmiyyətli irəliləyişin başlanğıcıdır”.

Albaniyanın ən böyük narkotik alverçisi Klement Balili iki illik axtarışdan sonra nəhayət ələ keçib.

AzNews.az xəbər verir ki, bu barədə Tiranadakı ABŞ səfirliyi məlumat yayıb.

“Beynəlxalq narkotacir Klement Balili yaxalandığına görə, Albaniyanın hüquq-mühafizə orqanlarını təbrik edirik. Bu alban xalqının qanunun aliliyinin möhkəmlənməsi yolunda böyük uğurudur. Bu, Avropa Birliyinə daxil olmaq üçün əhəmiyyətli irəliləyişin başlanğıcıdır” , - səfirliyin məlumatında belə qeyd olunur.

Klement Balili beynəlxalq narkoticarətdə ittiham ediləcək (məsələn, Yunanıstan onu 700 kq marixuana qaçaqmalçılığında ittiham edir).

O, cinayətkar cəmiyyətin qurulmasında və fəaliyyət göstərməsində yaxından iştirak edib.

46 yaşlı Balili 2016-cı ilin mayından hüquq-mühafizə orqanlarından gizlənirdi.

Fəridə Abdulla

AzNews.az