Oğurlanan pulların çox hissəsi polis tərəfindən müsadirə olunub Oğurlanan pulların çox hissəsi polis tərəfindən müsadirə olunub

Təhlükəsizlik rəisi şirkətin 450 min manatını necə oğurladı? - Təfərrüat

Oğurlanan pulların çox hissəsi polis tərəfindən müsadirə olunub

Çalışıdığı şirkətdən oğurluqda təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 25-nə təyin edilib.

Qeyd edək ki, ötən il Sumqayıt şəhəri ərazisində yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450 min manat oğurlandığı barədə Sumqayıt şəhər Polis idarəsinə müraciət olunub.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakini R.Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs qeyd edilən MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məlumatlı olub.

R.Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluğu etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq R.Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq madddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.

Azər
AzNews.az