Ramil Məmmədov Təhlükəsiz Şəhər Xidməti vasitəsi ilə saxlanılıb Ramil Məmmədov Təhlükəsiz Şəhər Xidməti vasitəsi ilə saxlanılıb

Traktor qaçıran şəxs həbs edildi

Ramil Məmmədov Təhlükəsiz Şəhər Xidməti vasitəsi ilə saxlanılıb

Traktor qaçıran şəxs saxlanılıb.

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Əsgərov yanvarın 14-nə keçən gecə Şüvəlan qəsəbəsi ərazisindən “Hidromek 102 B” markalı traktorunun qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində traktoru qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

AzNews.az