O, məhkəmənin hokmü ilə 4 il azadlıqdan məhrum edilib O, məhkəmənin hokmü ilə 4 il azadlıqdan məhrum edilib

Qadınları fahişəliyə cəlb edən Sima kimdir?

O, məhkəmənin hokmü ilə 4 il azadlıqdan məhrum edilib

İnsan alverində təqsirləndirilən Sima Ramazanzadə barəsindəki məhkəmə hökmündən kassasiya şikayəti verib.

AzNews.az-ın məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas fevralın 14-də hakim Fərhad Əliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, S.Ramazanzadə azərbaycanlı bir qrup qadını fahişəliyə cəlb etməkdə təqsirli bilinib. O, 2015-ci ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

S.Ramazanzadə Cinayət Məcəlləsinin 144-1.2.5-ci (insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilib.

2016-cı il mart ayının 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ramazanzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Azər
AzNews.az