Mübahisə əsnasında aktyor taksi sürücüsü Yakup Kocanı döyüb. Mübahisə əsnasında aktyor taksi sürücüsü Yakup Kocanı döyüb.

Türkiyənin məşhur aktyoru saxlanıldı

Mübahisə əsnasında aktyor taksi sürücüsü Yakup Kocanı döyüb.

Türkiyənin məşhur aktyoru Özgür Aydın polis tərəfindən saxlanılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddiaya görə Özgür Aydın dostu ilə birgə mindiyi taksidə sürücü ilə mübahisə edib. Nəticədə o, taksi sürücüsü Yakup Kocanı döyüb.

Yakup Koca insident zamanı dostu İlker İlterə zəng edərək hadisə yerinə çağırıb. Özgür Aydının dostu onlara əlindəki bıçaqla zərbələr endirib.

Tərəflər daha sonra polis bölməsinə gələrək bir-birlərindən şikayət edib. Özgür Aydın bölmədə taksi sürücüsünə təhqirlər yağdırıb.

Nigar CƏFƏR

AzNews.az