Satıcı oğlan qadınları soyunma-geyinmə otağında VİDEO-ya çəkdi

Faktla bağlı araşdırma aparılır.

Türkiyənin İstanbul şəhərində idman geyimləri mağazasında qadın müştəriləri izləyən əməkdaş yaxalanıb.

AzNews.az xəbər verir ki, bəyəndiyi şalvarı geyinmək üçün soyunma-geyinmə otağına daxil olan Ceyda A. telefonla görüntülərinin çəkildiyini başa düşüb. Baş verənlər barədə mağazanın rəhbərliyinə xəbər verən gənc qız təhlükəsizlik kamerası qeydlərinin izlənilməsini tələb edib. Onu izləyən satıcının E.B. olduğu ortaya çıxıb.

Məsələ barədə polisə xəbər verilib. Faktla bağlı araşdırma aparılır.

E.B-ni 5 ilə qədər həbs cəzası gözləyir.

Aynur

AzNews.az