İlkin dindirmələr zamanı məlum olub ki... İlkin dindirmələr zamanı məlum olub ki...

Bakıda şok olay: qısqanclıqdan arvadının boğazını kəsdi! - Özəl

İlkin dindirmələr zamanı məlum olub ki...

Ötən gün günorta saatlatlarında Binəqədi rayonu, İsfahani küçəsi, döngə 1-də dəhşətli qətl hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, Tufan Qurbanov yaşadığı mənzildə bıçaqla həyat yoldaşı, 1979-cu il təvəllüdlü Qurbanova Lalə Həsən qızının boğazını kəsib. Qadın aldığı xəsarətlərdən elə hadisə yerindəcə keçinib. Binəqədi RPİ-si 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tufan Qurbanov saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İlkin dindirmələr zamanı məlum olub ki, T.Qurbanov həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.

Azər
AzNews.az