5 kq narkotik saxlayan Lənkəran sakini saxlanıldı

Üzərindən 10 qram, evindən isə 4 kq 750 qram marixuana tapılıb

Lənkəranda narkotik ticarəti ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Girdəni kənd sakini P.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq marixuana aşkar edilib.

AzNews.az