“Makarov” tapançası saxlayan şəxs tutuldu - Bakıda

Vüqar Mürsəlov əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Bakıda 5 dəfə məhkum olunan şəxsdən “Makarov” markalı tapança aşkar edilib.

DİN-nin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib.

​Faktla bağlı 40-cı Polis Bölməsində V.Mürsəlov barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

AzNews.az