Həbs müddəti uzadılıb Həbs müddəti uzadılıb

Adam ölümünə görə həbs edilən polis hakim qarşısında

Həbs müddəti uzadılıb

Qazax rayonunda ölüm işinə görə həbs olunan polis əməkdaşı İlham Süleymanov barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

AzNews.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqdimat təmin edilib, İ.Süleymanovun həbs müddəti 2 ay artırılıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Qazax rayon Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İ.Süleymanov Elmir Axundovun Qazax rayon Polis şöbəsində vəfat etməsi ilə bağlı həbs olunub.

Xatırladaq ki, bir qədər əvvəl İ.Süleymanov Nəsimi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Hökmdən narazı qalan istintaq orqanı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin edib. Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub və İ.Süleymanov yenidən həbs olunub.

Azər
AzNews.az