O, "Neftçi"nin heyətində oynayıb O, "Neftçi"nin heyətində oynayıb

Rəfiqəsini kürəyindən bıçaqlayan futbolçu kimdir? - Məhkəmə işi

O, "Neftçi"nin heyətində oynayıb

Qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samirə Kurdyukovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman S.Kurdyukova yetkinlik yaşına çatmadığını və futbolçu olduğunu bildirib.

Məhkəmənin baxış iclası fevralın 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının araşdırması zamanı məlum olub ki, F.İbrahimovanı tanışı S.Kurdyukova mübahisə zamanı bıçaqlanıb. Daha sonra S.Kurdyukova saxlanılıb, onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Xatırladaq ki, S.Kurdyukova futbolçudur. O, 2014-cü ildə keçirilən 1999/2002-ci il təvəllüdlü yeniyetmə qızlar arasında futbol turnirində "Neftçi"nin heyətində ən yaxşı yarımmüdafiəçi mükafatına layiq görülüb.

Azər
AzNews.az