Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb

Bakıda ağır qəza - Ölən var...

Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb

Gecə saatlarında paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın xəbərinə görə, qəza Dərnəgül prospekti, “Çermet körpüsü” adlanan ərazidə qeydə alınıb.

Çin istehsalı olan, 90 PH 772 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Qurbanov Azər Əjdər oğlu maşını körpünün istinad divarına çırpıb.

Nəticədə, avtomobildə olan sərnişin yerindəcə dünyasını dəyişib. Onun şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Azər
AzNews.az