O, ifadəsində qadının içkili olduğunu deyib. O, ifadəsində qadının içkili olduğunu deyib.

İş adamı restoranda qadın jurnalistin başına oyun açdı

O, ifadəsində qadının içkili olduğunu deyib.

Türkiyədə televiziya müxbiri G.D evli iş adamı E.B-nin onu döydüyü iddiası ilə şikayətçi olub. G.D-yə 2 ay müddətində qadına yaxınlaşmamaq qərarı verilib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul Baş prokurorluğuna gedən 30 yaşlı televiziya müxbiri G.D. birlikdə yaşadığı 37 yaşlı E.B. ilə keçən il dekabrın 28-də Fulyadaki “Polat Tower Residance”ə gedib. G.D. burada yaranan mübahisə zamanı onu döyüb və yerdə sürüyüb.

Bağıraraq yardım istəyən G.D-nin qışqırıqlarını eşidənlər polis çağırıb. Polis mərkəzinə aparılan ikilinin ifadəsi alınıb. G.D. E.B. haqqında şikayətçi olub.

Ankaradakı bir şirkətin sahibi olan E.B. ifadəsində G.D-nin həddən artıq içkili olduğunu bildirib:

"Telefondakı mesajları və fotoları göstərmək üçün ayağa qalxmasını istədim. Qalxmayanda qolundan tutaraq mənə doğru çəkdim. Ağlamaya başladı. Yalın ayaqla məkandan çıxdı. Mən də arxasınca gedərək tutdum və qucağıma alıb evə gətirdim".

Səidə Nurməmmədli

AzNews.az