Qubada 37 min manat pul oğurlayan yaxalandı

Hadisə rayonun Vəlvələ kəndində baş verib

Qubada mənzildən 37 min manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə Vəlvələ kəndindəki evlərin birindən 18.000 manat və 790.000 rublun (19.355 manat) oğurlanması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini E.Əhmədəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Quba RPŞ-də araşdırma aparılır.

AzNews.az