Relsin üzəri ilə gedirmiş... Relsin üzəri ilə gedirmiş...

Sumqayıt-Bakı qatarı adam vurdu...

Relsin üzəri ilə gedirmiş...

Sumqayıt-Bakı istiqamətində hərəkət edən sürət qatarı qadını vurub.

AzNews.az-ın məlumatına görə, hadisə qatarın Xırdalan şəhəri ərazisindən keçən hissəsində baş verib.

Polis və prokurorluq orqanları Xırdalan şəhəri ərazisində hadisə yerinə baxış keçirib.

Məlum olub ki, Abşeron rayon Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı Xırdalan şəhəri, “Çexkalon” adlanan ərazidə qatar relsinin üstü ilə gedərkən Sumqayıtdan Bakıya gələn “Ştabler” markalı sürət qatarının vurması nəticəsində həyatını itirib.

​AzNews.az