Qadınlara cinsi orqanını göstərən şəxs saxlanıldı

"Özümü idarə edə bilmirəm".

Türkiyənin İzmit şəhərində qadınlara cinsi orqanını göstərən şəxs saxlanılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmitdə küçədə yaxınlaşdığı qadınlara cinsi orqanını göstərdiyi iddia olunan 29 yaşlı K.M polis tərəfindən yaxalanıb. Təxminən 1 ildir axtarılan şübhəli məhkəməyə göndərilib.

Fabrikdə işçi olaraq çalışan K.M hava qaraldıqdan sonra küçədə yaxınlaşdığı qadınlara cinsi orqanını göstərdiyi üçün qadınlar tərəfindən polisə şikayət olunub.

Saxlanılıb izahatı alınan K.M psixoloji problemləri olduğu üçün özünü idarə edə bilmədiyini deyib.

Nigar CƏFƏR

AzNews.az