4 nəfərdən ibarət dəstəyə hökm oxunub 4 nəfərdən ibarət dəstəyə hökm oxunub

ASAN-a "işə düzəldəcəyik" deyib, dələduzluq etdilər

4 nəfərdən ibarət dəstəyə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “ASAN xidmət”də işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Nurəddin Quliyev, Zakir Məmmədov, Yasin Məmmədov və Ədalət Zaidovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AzNews.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Quliyev 5 il, Z.Məmmədov 4 il 6 ay, Y.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Ə.Zaidova isə 1 il müddətinə sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsəsən, həmin şəxslər ötən il həbs edilib. Məlum olub ki, N.Quliyev "ASAN xidmət"in Sumqayıt filialında ştatdankənar mütəxəssis işləyib.

Azər
AzNews.az