Hədə-qorxu ilə pul tələb edən dəstənin məhkəməsi Hədə-qorxu ilə pul tələb edən dəstənin məhkəməsi

Tanış olduğu qadının evinə getdi - 5000 manat tələb etdilər

Hədə-qorxu ilə pul tələb edən dəstənin məhkəməsi

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Aydın Qurbanov, Mais Mirzəyev, Fərid Xudaverdiyev və Həmid Alməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Mühakimə olunanlar özlərini təqsirli bilməyiblər.

Proses fevralın 27-də davam edəcək.

Qeyd edək ki, həmin şəxslər Bakı şəhər sakini Nizami Əliyevdən (ad, soy ad şərti) hədə-qorxu ilə pul tələb ediblər. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N. Əliyev ötən il martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib. Onun sözlərinə görə, sonradan həmin evə gələn digər naməlum şəxs özlərini həmin qadının əri və qohumları kimi təqdim edib, onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər. Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslərdən biri olan H.Alməmmədov qısa müddətdə müəyyən edilərək polis tərəfindən saxlanılıb. Göyçay rayon sakini olan H.Alməmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb. Daha sonra digər şəxslər də cinayət məsuliyyətinə cəlb edilib.

Azər
AzNews.az