G.Muarrem Alev Yıldırımı ov tüfəngi ilə öldürüb. G.Muarrem Alev Yıldırımı ov tüfəngi ilə öldürüb.

Keçmiş həyat yoldaşını öldürən şəxs yaxalandı

G.Muarrem Alev Yıldırımı ov tüfəngi ilə öldürüb.

Türkiyənin Tokat şəhərində keçmiş həyat yoldaşını öldürən şəxs meşədə yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 40 yaşlı G.Muarrem 1 il əvvəl boşandığı 28 yaşlı Alev Yıldırımı qaçıraraq ov tüfəngi ilə öldürüb, Çimengöz adlı əraziyə atıb.

Hadisə yerinə gələn polislər Muarremin axtarışına başlayıb. Alev Yıldırımın qaçırıldığı avtomobil Erbaa kəndində sahibsiz tapılıb.

Polis G.Muarremi meşə ərazisində yaxalayıb.

Qeyd edək ki, Alev Yıldırım və G.Muarremin iki uşağı var.

Nigar CƏFƏR

AzNews.az