İnsan alverçisi olan Elnarə kimdir?

O, Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə təqsirli bilinir

Qadınları cinsi istismara məruz qoymaqda təqsirli bilinən Alməmmədli Elnarə Şakir qızı Yasamal rayon Məhkəməsinə şikayət edib.

AzNews.az-ın məlumatına görə, fevral ayının 15-də hakim Hüseyn Səfərovun sədrliyi ilə insan alverçisinin şikayətinə baxılacaq.

Qeyd edək ki, 2016-cı ildə DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Elnarə Şakir qızı Alməmmədli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi üzrə ittiham edilib və axtarışa verilib. Bir müddət keçdikdən sonra isə həbs olunaraq istintaq orqanına təhvil verilib.

Azər
AzNews.az