Evlərindən 1 kq narkotik və elektron tərəzi aşkar edildi Evlərindən 1 kq narkotik və elektron tərəzi aşkar edildi

İki qohum narkotik alqı-satqısına görə tutuldu

Evlərindən 1 kq narkotik və elektron tərəzi aşkar edildi

Polis əməkdaşlarının Binəqədi rayonunda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb.

Onun üzərinə baxış zamanı 11 büküm narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı həmin şəxsə narkotik maddəni satmaqda şübhəli bilinən, qohumu əvvəllər məhkum olunmuş paytaxt sakini Vahid Həsənov da tutularaq istintaqa təqdim edilib.

Həmin şəxsin də üzərindən narkotik maddə olan heroin aşkar edilərək maddi sübut kimi götürülüb.
Ekspertiza ilə məlum olub ki, S.Mirzəyevdən aşkar edilən narkotik vasitənin miqdarı 50 qram, V.Həsənovdan aşkar edilən narkotik vasitənin çəkisi isə 1 kiloqram 50 qramdır.

Qeyd edək ki, V.Həsənovdan həmçinin bir ədəd elektron tərəzi də aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

AzNews.az