Bank kartından 600 manat oğurlanıb Bank kartından 600 manat oğurlanıb

Bank kartından oğurluq edən şəxs həbs olundu

Bank kartından 600 manat oğurlanıb

Bank kartından oğurluq edən şəxs Binəqədi polisi tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, fevralın 11-də “102- Zəng Mərkəzi” Xidmətinə müraciət edən şəxs 3 gün əvvəl bank hesabından oğurluq edildiyini bildirib.

Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki bankomatların birindən həmin şəxsin hesabındakı 600 manatın çıxarılaraq oğurlandığı müəyyən edilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Qasımov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az